Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölüb

24-05-2015, 16:54           
Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölüb
Son bir neçə gündə Hindistanda müşahidə olunan anomal istilər nəticəsində 335 nəfər dünyasını dəyişib.

APA-nın “The Times of India” nəşrinə istinadən verdiyi məlumata görə, havanın temperaturu atmaqda davam edir.

Ən qızmar hava Hindistanın cənub ştatlarında – Andxra-Pradeş və Telanqanada qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. Mayın 23-də - gün ərzində bu ştatlarda 135 nəfər istidən ölüb. Bir çox rayonda müşahidə olunan su çatışmazlığı vəziyyəti daha da çətinləşdirir.

Bundan əvvəl Telanqana ştatında temperatur rekordu 1947-ci ildə qeydə alınıb – 47,2 dərəcə.

Havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Hindistanda quraqlı mövsümü martdan iyuna qədər müşahidə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.