Avropa Şurasından Türkiyə barədə iki önəmli qərar

24-05-2015, 17:05           

Avropa Şurası Parlament Assambleyasında artıq türkcǝdǝn dǝ rǝsmi dil kimi istifadǝ olunacaq.

Publika.az xəbər verir ki, Şuranın Daimi Komissiyası Sarayevoda keçirdiyi yığıncaqda Türkiyǝ barǝdǝ iki önǝmli qǝrar qǝbul edib.

Avropa Şurası Parlament Assambleyası türkcǝni rǝsmi çalışma dili qǝbul edǝn vǝ Türkiyǝnin üzv sayını 12-dǝn 18-ǝ çıxarmağı nǝzǝrǝ alan qanunu tǝsdiqlǝyib. Bununla da Türkiyǝ Avropa Şurası Parlament Assambleyasında İngiltǝrǝ, Fransa, Almaniya, İtaliya vǝ Rusiya kimi 18 deputatla tǝmsil olunacaq. Qǝrarın qǝbul edilmǝsinǝ Türkiyǝnin Avropada ǝhali sayının ǝn çox olduğu üçüncü ölkǝ olması öz tǝsirini göstǝrib.

Daimi Komissiya ayrıca italyanca, rusca vǝ almancadan sonra türkcǝni dǝ rǝsmi iş dili olaraq qǝbul edib. Türkcǝnin rǝsmi dil olması ilǝ iclaslardakı fǝaliyyǝtlǝr vǝ sǝnǝdlǝr türkcǝyǝ tǝrcümǝ edilǝcǝk. Həmçinin türkiyəli deputatlar iclaslarda türkcǝ çıxış edǝ bilǝcǝklǝr.

Qǝrarı Avropa Şurası Nümayǝndǝlǝr Komitǝsinin iyun ayında “formal” olaraq tǝsdiq etmǝsi gözlǝnilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.