İŞİD Əfqanıstanı vurdu

24-05-2015, 17:19           
İŞİD Əfqanıstanı vurdu
Əfqanıstanda son zamanlarda hökumətə qarşı artan təzyiqlər və bu fonda təhlkəsizlik qüvvələrinin ölümləri ilə nəticələnən ardıcıl partlayışlar ölkədə gərgin vəziyyət yaradıb. Məlumata görə, NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra zorakılıqlar daha çox artıb.

Bir müddət əvvəl Cəlalabad şəhərində törədilən partlayışa görə də məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Partlayış nəticəsində bir neçə nəfər ölmüş, 20-ə yaxın insan yaralanmışdı.

Əfqanıstandakı beynəlxalq qüvvələrin komandiri amerikalı general Con Kempbel İŞİD-in Əfqanıstanda da özünə tərəfdar topladığını bildirib. Hətta, Taliban qruplaşması da İŞİD-ə sədaqətini ifadə edib. Generalın sözlərinə görə, hələlik İŞİD Əfqanıstanda kifayət qədər fəallıq göstərə bilmir, lakin onun buarada fəaliyyəti ölkə üçün ciddi təhlükə mənbəyidir.

“Biz İŞİD-in böyüməsini istəmirik. Vəziyyət Suriya və İraqdakı kimi daha da mürəkkəbləşməmiş İŞİD-in buradakı qarşısını almaq lazımdır. Lakin əfqanlar öz ölkələrində belə bir xaotik vəziyyətin yaranacağını gerçək hesab etmilər. Onlar, Talibanla İŞİD arasında ideologiya fərqini olduğunu düşünürlər”, - deyə Con Kempbel bildirib.

Cəlalabadda törədilən terror aktı İŞİD-in Əfqanıstanda törətdiyi ilk terror aktı hesab olunur.

Analitik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.