Səudiyyə Yəməndə bir təyyarəsini itirdi

24-05-2015, 17:27           
Səudiyyə Yəməndə bir təyyarəsini itirdi
Səudiyyə Ərəbistanı HHQ-nin F-16 qırıcısı Yəmənin paytaxtı Səna yaxınlığında vurulub. Bu barədə yerli "Yemen Post" qəzeti öz tvitter səhifəsində bildirib.

Nəşrin məlumatına görə, qırıcının pilotu tapılmayıb. Husilər təyyarənin düşdüyü yerdə 2 partlamamış bomba tapıb.

Nəşr eləcə də hadisə yerindən şəkillər də yayıb. Şəkillərin birində təyyarənin yanan hissələri, digərində isə qırıcının “Səudiyyə Ərəbistanı krallığının Hərbi Hava Qüvvələri” yazılan hissəsi göstərilir.

Qırıcının düşməsi barədə rəsmi məlumat hələ ki, yayılmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.