İŞİD 400 dinc sakini edam edildi

24-05-2015, 22:21           
İŞİD 400 dinc sakini edam edildi

İŞİD terror qruplaşması Suriyanın Xoms vilayətində ələ keçirdiyi Palmira şəhərində 400 dinc sakini edam edib. Musavat.com-un məlumatına görə, bu barədə bazar günü – mayın 24-də Suriya milli telekanalı xəbər yayıb.

Öldürülənlərin böyük bir qisminin “Suriya hökuməti ilə əlaqələrdə ittiham olunan” qadınlar və uşaqlar olduğu bildirilir.

Qeyd edək ki. bundan az öncə - cümə axşamı şəhərdə başqa bir kütləvi edam haqda məlumat verilmişdi. O vaxt Palmiranı ələ keçirəndən dərhal sonra silahlılar uşaqlar da daxil, 5 ailəni girov götürərək öz paytaxtları elan etdikləri Rakka şəhərinə aparmış, orada kamerada edam etmişdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.