Müsəlmanlara daha bir qadağa - Bu dəfə Almaniyadan

20-08-2016, 01:20           

Almaniyada müsəlman qadınların ictimai yerdə üzü örtülü şəkildə gəzməsi qadağan ediləcək.

Ölkənin daxili işlər naziri Tomas de Mezerin sözlərnə görə, bu qanun layihəsi artıq Bundestaqa təqdim edilib və onun qəbul ediləcəyinə şübhə yoxdur.

Nazir həmçinin əlavə edib ki, çadra çoxmillətli ölkədə cəmiyyətə inteqrasiyaya mane olan bir ünsürdür.

Xatırladaq ki, bir neçə gün öncə Frana və İspaniya çimərliklrəində müsəlman qadınların şəriətə uyğun qapalı çimərlik geyimləri- burkini ilə görünməsinə qadağa qoyulmuşdu.

Bu ölkələrin əksinə olaraq İtaliya rəsmiləri bildirmişdi ki, qadınların qapalı geyinməsi yalnız müsəlmanlara xas vəziyytə deyil, xristian rahibələr də başlarını xüsusi geyimlə örtürlər və heş kim buna etiraz etmir.(trend)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.