TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?

Bu gün, 17:39           
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... -
TƏBİB tabeliyində olan xəstəxanalardakı tibbi tulantıların daşınması üçün bütün ölkə üzrə “səfərbərlik” elan edib.

Tribunainfo.az xəbər verir ki, son bir həfətə içində sözügedən qurum bütün xəstəxanalar üzrə tenderlər keçirib.

Qeyd eədk ki, proses bu həftə içində də davam edir. Dünən Ağcabədi, Neftçala və Mirqasımov adına respublika Klinik Xəstəxanasında tibbi tullantıların atılması üzrə üç tender keçirilib. Ağdcəbədiə bu işlərə 72 min 36 manat, Neftçalada 27 min 577 manat, Respublika Klinik Xəstəxanasında isə 137 min 682 manat xərclənəcək.

Onu da bildirək ki, TƏBİB bütün bu işləri bir şirkətə tapşırıb. Belə ki, qurumun bütün tenderlərini “BT TEXNO SERVİS” MMC udub.

Amma TƏBİB təkcə zibillərin daşınmasını deyil, eləcə də tabeliyində olan qurumların komfortunu da diqqət mərkəzində saxlayır. Tribunainfo.az xəbər verir ki, qurum Respublika Sanitariya-Karantin Mərkəzi üçün xidməti avtomobilərin satınalınması üzrə tender keçirib. Belə ki, “AZƏRMAŞ PARK” MMC ilə əldə olunmuş razılaşmaya əsasən iki ədəd avtomobil alınacaq. Bunun üçün isə 52 min manat ödəniləcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.