İnsandan daha əvvəl mövcud olan qurğu üzə çıxdı

27-05-2025, 16:48           
İnsandan daha əvvəl mövcud olan qurğu üzə çıxdı
Səhra bölgəsində aparılan arxeoloji qazıntılar zamanı tədqiqatçılar daş və metaldan ibarət, mürəkkəb mexanizmi xatırladan obyekt aşkar ediblər. Tapıntının qeyri-adi strukturu və yaşı alimlər arasında geniş müzakirələrə səbəb olub.

Pravda.ru-nun verdiyi məlumata görə, bu artefakt ilk baxışdan müasir texnologiyalara bənzəyir və aid edildiyi dövr üçün olduqca irəlidə görünür.

"Biz belə bir şeyi gözləmirdik"

ABŞ-dən paleotexnoloq, doktor Ceyms Hanter bildirib ki, tapıntı ibtidai dövrə aid sadə alətlərə deyil, dişli çarxı xatırladan mürəkkəb bir qurğuya bənzəyir:

"Bu, bizə məlum olan heç bir qədim icada bənzəmir. Hətta texnologiyaların canlı qazıntısı demək olar", - deyə o bildirib.

2 milyon illik tarix

İlkin analizlər göstərib ki, obyektin yaşı 2 milyon ildən artıqdır. Qurğu "Homo sapiens" meydana gəlməmişdən çox əvvəl formalaşan çöküntü süxurlarında aşkarlanıb.

Alimlər bölünüb

Pekin Universitetindən professor Lin Xiao bildirib ki, bu cür mürəkkəb strukturların tarixəqədərki dövrdə mövcud olması fikri elmi paradoks yaradır:

"Bu sadəcə qəribə deyil, bu, elmin əsaslarını sorğulayan bir paradoksdur", - deyə alim təəccübünü ifadə edib.

Mütəxəssislərin bir qismi tapıntının unudulmuş və naməlum texnoloji mədəniyyətə aid olduğunu ehtimal edir. Digər tərəf isə bunu təbiətin təsadüfi formalaşdırdığı struktur kimi qiymətləndirir.

Nə baş verə bilər?

Əgər bu qurğunun insan əli ilə hazırlanması sübuta yetirilərsə, bu, insan zəkasının və texnologiyasının tarixi ilə bağlı təsəvvürlərimizi tamamilə dəyişə bilər.

Mütəxəssislər araşdırmaların davam etdiyini bildirir və bu artefaktın bəşəriyyət tarixini yenidən yazmaq potensialı daşıdığını istisna etmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru