Finlandiyada ayı istilası: Mübarizə ilə bağlı çağırış edildi

27-05-2025, 15:48           
Finlandiyada ayı istilası:
Finlandiyanın Şimali Kareliya bölgəsinin 7 bələdiyyəsi və ölkənin şərqində yerləşən Kuxmo şəhəri "ayı problemini ciddiyə almağa" çağıran petisiya dərc ediblər. Sakinlər hakimiyyət orqanlarından bu ərazidə ayı ovuna icazə verilməsini tələb ediblər.

Bu barədə "Yle" teleradio şirkəti məlumat verib.

Qeyd edək ki, 2024-cü ildə Finlandiya Vəhşi Təbiətin Mühafizəsi Mərkəzi tərəfindən verilən ov icazələrinə məhkəmədə etiraz olunub. Finlandiya hökuməti hazırda ovçuluq haqqında qanuna düzəlişləri müzakirə edir. Bu düzəlişlər ayı, canavar və vaşaqlara atəş açmaq üçün ov təsərrüfatlarına icazə verilməsi prosedurunu sərtləşdirir.

Bu gün həmin heyvanlar Avropa İttifaqı Şurasının 21 may 1992-ci il tarixli Direktivinə uyğun olaraq ciddi şəkildə qorunurlar. Hazırda Finlandiya hökuməti ən azı canavar üçün mühafizə statusunun azaldılması üzərində işləyir, lakin Şərqi Finlandiyada ayılarla bağlı daha ciddi problemin olduğu bildirilir.

Bu yaz Finlandiya sakinlərinə xəbərdarlıq edilib ki, təkcə həmin ərazilərdə deyil, həm də Suominin müxtəlif yerlərində ayıların görünməsinə hazır olmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru