Niderland F-16 qırıcılarının son partiyasını Ukraynaya göndərib

27-05-2025, 16:44           
Niderland F-16 qırıcılarının son partiyasını Ukraynaya göndərib
Niderland F-16 qırıcılarının son partiyasını Ukraynaya göndərib. “Report” xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr Şimali Brabant əyalətindəki Volkel aviabazasından çıxıb və onların Ukraynaya verilməsi üçün hazırlıqların aparılacağı Belçikaya uçub. Krallığın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans F-16-ların göndərilməsində iştirak edib.

"Ancaq indi biz F-35-ə keçidlə vidalaşarkən, mən Ukraynadan daha yaxşı yer təsəvvür edə bilməzdim. Rusiyanın gündəlik hava hücumlarına görə, F-16-lar Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Bu, onlara və bizə Rusiyanın təcavüzünün qarşısını almağa imkan verir", - nazir deyib.

O bildirib ki, dinc dövrdə bu qırıcılara təlimə illərlə tələb olunur, lakin ukraynalı pilotlar və texniklər bu təyyarələri “rekord müddətdə” mənimsəyə biliblər.

Müdafiə Nazirliyi Niderlandın Ukraynaya ümumilikdə 24 qırıcı göndərdiyini qeyd edib. Onlar həmçinin F-16-ya xidmət üçün lazım olan hər şeyi - ehtiyat hissələri, döyüş sursatı və yanacaqla təmin etməyə davam edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru