Arvadının harada işlədiyini bilməyən ər cəzalandırıldı - Türkiyəli hakimdən misli görünməmiş qərar

Bu gün, 16:28           
Arvadının harada işlədiyini bilməyən ər cəzalandırıldı -
Türkiyədə qeyri-adi məhkəmə prosesi baş tutub. Belə ki, həyat yoldaşının iş yerini bilməyən və onun zənglərinə cavab verməyən şəxs "ailə həyatına biganəlik" səbəbi ilə təqsirli bilinib. Hakim həmin şəxsə qarşı maddi və hüquqi məsuliyyət müəyyənləşdirib.

Türkiyə mediasının verdiyi məlumata görə, qeyri-adi məhkəmə prosesi Antalyada baş verib.

Qadın həyat yoldaşının ona və övladına qarşı laqeyd davrandığını, yatağını ayırdığını, xəbərsiz səyahətlərə çıxdığını, sosial şəbəkələrdə onu blokladığını, bununla yanaşı, ərinin ailəsi tərəfindən həm özünün, həm də uşağının təhqir və təcridə məruz qaldığını əsas gətirərək boşanma iddiası qaldırıb.

Ər isə bu iddialara qarşı heç bir müdafiə təqdim etməyib.

Antalya Ailə Məhkəməsi kişini əsas günahkar sayaraq, cütlüyün boşanmasına qərar verib, uşağın qəyyumluğunu anaya verib və kişini həm uşağın, həm də qadının xeyrinə ayrı-ayrılıqda ayda 1000 lirə (təxminən 43 manat) aliment ödəməyə məcbur edib. Bundan əlavə, qadına əvvəlcə 20 min lirə (təxminən 868 manat) maddi təzminat təyin olunub, daha sonra apellyasiya mərhələsində bu məbləğ 75 min lirəyə (təxminən 3 200 manat) qədər artırılıb.

Kişinin bu qərardan verdiyi apellyasiya şikayəti isə rədd edilib, qərar tam şəkildə qüvvədə saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.