İsveç Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 264 milyon dollar ayıracaq

27-05-2025, 15:24           
İsveç Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 264 milyon dollar ayıracaq
İsveç bu il təqdim edilən 19-cu yardım paketi çərçivəsində Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 4,8 milyard kron (təxminən 264 milyon ABŞ dolları) ayıracaq.

“Report” “New voice”a istinadən xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hökumət mayın 22-də İsveç Silahlı Qüvvələrinə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş çoxtərəfli fondlara və təşəbbüslərə maliyyə yardımı etmək barədə göstəriş vermək qərarına gəlib. İanələrin ümumi məbləği təxminən 4,8 milyard kron təşkil edir.

“Bu ödənişlər Ukraynanın Silahlı Qüvvələrini və müdafiə sənayesini Rusiyaya qarşı müdafiədə gücləndirəcək”, - İsveçin müdafiə naziri Pol Yunson bildirib.

İsveç həmçinin silah tədarükü ilə bağlı “Danimarka modeli”nə əlavə töhfə verməyə razılaşıb. Hökumət indi əlavə 1 milyard kron ayırmaq qərarına gəlib. Bundan əlavə, hökumət Ukraynanın quruda döyüş qabiliyyətinin artırılmasını dəstəkləmək üçün zirehli maşınlar kimi avadanlıqların alınması üçün 418 milyon kron ayırmaq qərarına gəlib.

Eyni zamanda, Ukrayna üçün sursatın milli tədarükü ilə yanaşı, İsveç hökumət əlavə olaraq 550 milyon kron ayırmaq qərarına gəlib.

Qeyd olunur ki, İsveçin sursat sahəsindəki töhfəsi Aİ-nin 2025-ci ilə qədər Ukraynanı azı 2 milyon artilleriya mərmisi ilə təmin etmək məqsədinə nail olunmasının mühüm tərkib hissəsidir.

Hökumət həmçinin çoxtərəfli əməkdaşlığın bir hissəsi olaraq həm hava hücumundan müdafiə sistemlərinin, həm də döyüş meydanının dərinliklərində hədəfləri vurmaq üçün uzaqmənzilli pilotsuz uçuş aparatlarının alınması üçün 1 milyard krondan çox vəsait ayırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru