Baş ravvin dünyaya səsləndi

27-05-2025, 17:18           
Baş ravvin dünyaya səsləndi
"Dünyada baş verən müharibə və münaqişələri gördükcə anlayırsan ki, dinindən asılı olmayaraq, insani yaşamaq vacibdir. İnsan tələfatının qarşısını ancaq bu yolla almaq olar. İstənilən aqressiya cavabsız qalmamalıdır, istənilən rasizm anında dəf edilməlidir".

Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Aşkenazi Yəhudi İcmasının baş ravvini Şneor Seqal deyib.

"İslamofobiya yönümlü istənilən qruplaşmanın fəaliyyətinin qarşısı alınmalıdır. Azərbaycanın ev sahibliyi etdiyi bu elmi konfrans ciddi problemlərin mövcudluğuna diqqət çəkərək onlarla mübarizə apara bilmək üçün bütün dünyanı həmrəy olmağa səsləyir. Bu, mühüm və ciddi prosesdir. İnsanların içində nifrət varsa, o bu gün müsəlmanlara, sabah yəhudilərə, o biri gün isə bütün dünyaya qarşı yönələcək. Ən böyük problemlər də sevgisizlikdən başlayır. Azərbaycan bütün dünyaya tolerantlıq baxımından problemsiz, anlayış içində necə yaşamağın mümkünlüyünü göstərir", - deyə o vurğulayıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru