Amerika Suriyaya döyüş təyyarələri göndərir

20-08-2016, 13:35           

Suriya ordusunun Hasekedə PKK-nın qolu YPG-nin nəzarətindəki bölgələrdə apardığı hava hücumları davam edir.

Axar.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi də Suriya ordusunun hava hücumlarının davam etdiyi bir vaxtda bölgəyə öz döyüş təyyarələrini göndərib.

Pentaqon sözçüsü Ceff Davis ABŞ qüvvələrinin qorunması üçün bu addımı atdıqlarını deyib.

“Koalisiya təyyarələri bölgəyə gələndə Suriya təyyarələri oradan çıxdı. İndiyə qədər belə bir hadisə baş verməmişdi. Suriyanı Rusiya vasitəsi ilə xəbərdar etmişik və təhdid olarsa, koalisiya qüvvələrini müdafiə etmək məcburiyyətində qalacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.