Obamanın xüsusi heyəti Türkiyəyə gəlir

21-08-2016, 09:38           
Obamanın xüsusi heyəti Türkiyəyə gəlir
ABŞ Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyası ilə məşğul olan nümayəndə heyətinin Türkiyəyə gedəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Prezident Barak Obamanın adı açıqlanmayan nümayəndəsi “Blumberq” telekanalına açıqlamasında vitse-prezident Co Baydenin 24 avqustda planlaşdırılan səfərindən öncə nümayəndə heyətinin Ankarada ekstradisiya məsələsini müzakirə edəcəyini deyib.

Səfər çərçivəsində ABŞ nümayəndə heyəti Gülənin çevriliş cəhdində rolunu araşdıracaq.

Obamanın nümayəndə heyətini Türkiyəyə göndərməsi Gülənin ekstradisya tələbinə önəm verdiyini göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.