Moskvada həyəcanlı dəqiqələr: kişi bankı partlatmaqla hədələyir - VİDEO 24-08-2016, 23:09 Moskvada bir nəfər bank şöbəsini partlatmaqla hədələyir. APA TV-nin məlumatına görə, hadisə “Sitibank”ın şöbələrindən birində baş verib. Polis bank şöbəsini partladacağını bəyan edən kişi ilə danışıqlar aparır. Bədəninə skotç dolayan kişi əlində içindən naqillər sallanan qutu saxlayıb. O, hələlik heç bir tələb irəli sürməyib. Facebook-da paylaş