Ermənistanda güclü partlayış: Yaralananlar var

26-05-2015, 16:46           
Ermənistanda güclü partlayış: Yaralananlar var
Ermənistanda yanacaq doldurma məntəqəsində partlayış baş verib.

Ans press-in məlumatına görə, hadisə Armavir vilayətinin Zvartnos kəndində qeydə alınıb. Partlayış nəticəsində azı 3 nəfər yaralanıb.

İlkin məlumatlara görə, partlayışa səbəb kompressor stansiyası olub. Nəticədə "Volksvagen" markalı maşın partlayıb. Araşdırmalar zamanı məlum olub ki, partlayan maşın Ermənistan parlamentinin sabiq deputat Akop Akopyanın qohumuna məxsus olub. Partlayış zamanı Akopyanın oğlu və qardaşı da yaralanıb.

Bəzi məlumatlara görə, stansiya Akopyana məxsusdur. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yaralılar isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.