Azərbaycanlı qızla eynicinsli nigaha girən amerikalı qız soyadını dəyişdi FOTO

26-05-2015, 21:40           
Azərbaycanlı qızla eynicinsli nigaha girən amerikalı qız soyadını dəyişdi FOTO
Elnarə Eynullayeva adlı azərbaycanlı qızın Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyuz Fazio adlı xanımla ailə qurması günlərdir gündəmi zəbt edib.

Axar.az xəbər verir ki, azərbaycanlı xanımın ailə qurduğu amerikan xanım Rozali Hyuz Fazio soyadını dəyişərək Fazio Eynullayeva edib. O bunu Feysbuk profilində adının yanındakı Fazio soyadının baş hərflərini (FE) dəyişməklə elan edib. Eyni zamanda gəlinlik paltarında çəkilmiş toy fotosunu profil fotosu qoyub.

32 yaşlı xanım Fazio və 28 yaşlı Eynullayevanın nikah mərasimi Massaçusetsdə Kuins şəhərindəki “Skventum Point Park”da keçirilib. Onların nikah şahidi Massaçusets ştatının meri olub. Xanımlar soyadları Fazio-Eynullayeva götürəcəklərini elə o vaxt elan etmişdilər.

Qeyd edək ki, yayılan xəbərlərdə E.Eynullayevanın atası Kamal Eynullayevin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişi olduğu qeyd edilsə də, SOCAR bu məlumatı təkzib edib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.