ABŞ Gürcüstana yardımı dondurur

13-07-2024, 09:58           
ABŞ Gürcüstana yardımı dondurur
"Amerika Birləşmiş Ştatları "Noble Partner 2024" hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınmasından sonra Gürcüstana yardımı da dondurur".

İqtisadiyyat.az xəbər verir ki, bunu gürcü jurnalistlərə ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.

"ABŞ Gürcüstana yardımı dondurub, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası da dayandırılıb", - deyə Zeya Gürcüstana səfərinin yekunlarına dair açıqlamasında bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinin respublikanın Avro-Atlantik yoluna xələl gətirən antidemokratik hərəkətlərindən narahatdır: "ABŞ Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən, hakim partiyanın bəzi nümayəndələrinin yaydığı dezinformasiyadan çox narahatdır ki, bu da Gürcüstanın Avro-Atlantik yoluna xələl gətirir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru