Bayden Parisdə keçiriləcək Olimpiadaya getməyəcək

13-07-2024, 12:58           
Bayden Parisdə keçiriləcək Olimpiadaya getməyəcək
ABŞ Prezidenti Cozef Bayden Olimpiada üçün Parisə getməyəcək.

Bu barədə Ağ Evin rəsmi saytında dərc olunan məlumatda deyilir.

Məlumata görə, Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə ölkənin birinci xanımı Cil Bayden rəhbərlik edəcək. Bağlanış mərasimində ABŞ-nin vitse-prezidenti Kamala Harrisin əri Duqlas Emhoff iştirak edəcək.

"Prezident Cozef Bayden bu gün Parisdə 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etmək üçün dörd prezident nümayəndə heyətinin Parisə səfərini elan edib. ABŞ-nin birinci xanımı Cil Bayden Olimpiya Oyunlarının açılışında nümayəndə heyətinə başçılıq edəcək. Oyunların açılış mərasimi 26 iyul 2024-cü ildə baş tutacaq. 11 avqust 2024-cü il tarixində keçiriləcək bağlanış mərasimində isə nümayəndə heyətinə ABŞ-nin ikinci centlmeni Duqlas Emhoff rəhbərlik edəcək", - məlumatda qeyd edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.