Şimali Koreya müdafiə nazirinin ağlasığmaz edam görüntüləri yayıldı VİDEO +18
26-05-2015, 22:44
Şimali Koreya müdafiə nazirinin edam görüntüləri yayıldı Bu ayın əvvəlində dünya mediasında Şimali Koreya müdafiə nazirinin ölkə rəhbəri Kim Çen Inın göstərişi ilə zenit topu ilə güllələnməklə edam edilməsi barədə məlumat yayılmışdı. O vaxt inandırıcı görünməyən bu xəbər, sən demə, gerçək imiş.
APA TV-nin xəbərinə görə, bu gün sosial şəbəkələrdə sözügedən edam səhnəsinin video görüntüləri yayılıb. Dəhşət saçan görüntüləri diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol aprelin 30-da izdiham qarşısında zenit topundan güllələnərək edam olunub. “Renxap” agentliyinin yaydığı məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi hərbi paradda yuxulamaqda ittiham olunub.