Almaniyada Hizbullahla əlaqədə şübhəli bilinən şəxs saxlanılıb

16-07-2024, 00:15           
Almaniyada Hizbullahla əlaqədə şübhəli bilinən şəxs saxlanılıb
Almaniya Baş Prokurorluğu hazırda Almaniyada fəaliyyəti qadağan edilən Hizbullah təşkilatına üzv olmaqda şübhəli bilinən Livan vətəndaşını saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu bildirib.

"Dünən (14 iyul 2024-cü il) federal prokurorluq Livan vətəndaşı Fadel T.-ni Salzgitterdə müvəqqəti həbs edib. Bu gün (15 iyul 2024-cü il) təqsirləndirilən şəxs həbs qərarı çıxaran və icra edən Federal Məhkəmənin müstəntiq hakiminin qarşısına çıxıb. Həmin şəxsin xaricdə terror təşkilatına üzv olmaqda şübhəli bilindiyi bildirilir", - deyə məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru