Dağıstanda yüksək vəzifəli polslər saxlanıldı

6-09-2016, 01:07           
Dağıstanda yüksək vəzifəli polslər saxlanıldı
Dağıstanda bir neçə yüksək vəzifəli polis zabiti saxlanılıb.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyatı Xasavyurt və Mahaçkalada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçiriblər.

Saxlanılanlardan biri Xasavyurt polisinin cinayət axtarış şöbəsinin rəisi Rasul Saduevdir. Onunla yanaşı bir neçə polis zabitinin, o cümlədən Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin rəhbərliyinin saxlanıldığı da bildirilir.
Polislərin hamısının bir iş üzrə saxlanıldığı qeyd edilir. Zabitlərin konkret nədə şübhəli bilindiklərini isə mənbə açıqlamayıb. Digər məlumata görə, xüsusi tədbir davam edir, o cümlədən saxlanılanların evlərində və iş kabinetlərində axtarış aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru