Liviyanın baş nazirinə sui-qəsd olub

27-05-2015, 06:44           

Liviyanın baş naziri Abdulla Abdurrəhman at-Taniyə sui-qəsd olub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Sky News Arabia telekanalı yayıb. Məlumata görə, hökumət kortejinə silahlı hücum ölkənin şərqindəki Tobruk şəhərində törədilib. Məlumata görə, hücum nəticəsində bir neçə cangüdən yaralanıb, Abdulla Abdurrəhman at-Tani xəsarət almayıb.

Qeyd edək ki, paytaxt Tripoli üsyançıların nəzarətinə keçdikdən sonra hökumət Tobruk şəhərinə köçməyə məcbur olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.