Kabilin mərkəzində silahlılar otel ələ keçirib

27-05-2015, 06:46           
Kabilin mərkəzində silahlılar otel ələ keçirib
Əfqanıstanın paytaxtı Kabildə silahlı dəstə şəhərin mərkəzindəki Vəzir Əkbər Xan diplomatik rayonuna hücum edərək otellərdən birini ələ keçiriblər.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, qeyd olunan rayonda, əsasən, yerli imkanlı şəxslər və əcnəbilər yaşayır və çalışır. Bu rayonda inzibati binalar, səfirliklər və beynəlxalq aeroport var.

Məlumata görə, hazırda polis və silahlılar arasında şiddətli döyüş davam edir. Hadisənin təfərrüatları hələlik açıqlanmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.