CNN: ABŞ Maduronun təyyarəsini ələ keçirib

3-09-2024, 09:04           
CNN: ABŞ Maduronun təyyarəsini ələ keçirib
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirib və təyyarəni Floridaya göndərib.

Bbu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb. O, bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub. Əməliyyatda ABŞ Ədliyyə Departamentinin, Daxili Təhlükəsizlik Departamentinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları iştirak ediblər.

"Xarici dövlət başçısının təyyarəsinin ələ keçirilməsi eşitməmiş bir hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və heç kim Amerika sanksiyalarından üstün deyil", - adını açıqlamayan Amerika rəsmisi televiziya kanalına deyib.

CNN qeyd edib ki, bu insident ABŞ və Venesuela arasında onsuz da soyuq olan münasibətlərin kəskinləşməsindən xəbər verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru