Rusiya ilə Ukrayna bir-birinə hücumları davam etdirir VİDEO
3-09-2024, 11:18
Rusiyanın raket hücumları Ukrayanada onlarla insana xəsarət yetirib. Bu, Moskvanın gecə Ukraynanın 158 dronunu vurduğunu iddia etdiyi bir vaxta təsadüf edir.
Sosial mediada yayılan videoda Ukraynanın Xarkiv şəhərinə raket zərbəsinin endirildiyi an əks olunub.
Yerli hökumət deyir ki, Xarkivə bir neçə Rusiya raketi ilə zərbə endirilib, nəticədə beşi uşaq olmaqla, ən azı 40 nəfər yaralanıb. Rəsmilər xəbərdarlıq edir ki, bu rəqəm arta bilər.
Bu xəbər, həftə sonu çox sayda sərhədlərarası hücumun olmasından sonraya təsadüf edir. Rusiya Ukraynadan atılan 158 dronu məhv etdiyini bildirib.
Ancaq belə görünür dron hücumlarından bəziləri ziyan vurub. Rusiya rəsmiləri deyir ki, düşən qalıqlar Moskva yaxınlığında neft emalı zavodunda yanğına səbəb olub.
Rusiyanın mərkəzində ən böyük enerji istehsalçılarından biri kimi xidmət göstərən elektrik stansiyasına ziyan dəydiyi bildirilir.
Bunların hamısı ABŞ müdafiə naziri Lloyd Austinin ukraynalı həmkarı ilə Pentaqonda görüşərək, ona davamlı dəstək vəd etməsindən sonraya təsadüf eidb.
“Birləşmiş Ştatlar bizim azad, təhkəsiz və suveren Ukraynaya dəstəyimizdən çəkinməyəcək. Birləşmiş Ştatlar 50-ə yaxın müttəfiq və partnyorlarımızla birlikdə sizin Kremlin aqressiyasına qarşı mübarizə aparmaq üçün ehtiyacınız olan kritik imkanları təmin etməyə davam edəcək,” ABŞ müdafiə naziri Lloyd Austin deyib.
Avropa İttifaqının ali nümayəndəsi Cosep Borrel Ukrayanın beynəlxalq tərəfdarlarını onların silah sitemlərindən Rusiya torpağında istifadə edilməsiinin qarşısını alan məhdudiyyətlərini qaldırmağa çağırıb.
Bu arada isə Rusiyanın müdafiə nazirliyi bildirirb ki, Sumı regionunda Ukraynanın silah anbarını vurub.
Oradakı Ukrayna rəsmiləri isə gecə edilən hücumlar nəticəsində iki qadının öldüyünü, azı 11 nəfərin yaralandığını, xilasedicilərin ərazidə yanğınları söndürmək üçün çalışdıqlarını bildirib.
Bu hücum, Ukrayna ordusunda böyük dəyişiklərdən sonraya təsadüf edib.
“Mən Ukryana Silahlı Qüvvələrinin Hava Qüvvələrinin komandirini əvəzləmək qərarına gəlmişəm. Biz özümüzü gücləndirməli, xalqımızın qayğısına qalmalı, personalımızın, bütün döyüşçülərimizin qayğısına qalmalıyıq. Yaşasın Ukrayna,” Urkayna Prezidenti Voldimir Zelenski deyib.
Onun vəzifəsindən azad edilməsi Rusiyanın bombardmanı zamanı F-16 döyüş təyyarəsinin qəzaya uğrması ilə bağlı xəbərlərdən sonraya təsdaf edib. Ukraynaya təyyarəni Qərb tərəfdaşları göndərmişdi.
Havadan hücumlar davam etdiyi bir vaxtda, ukraynalı qadınlar onları vurmağa könüllü olur. “Buça ifritələri” adı ilə tanınan bu qadınlar Ukrayna səmasını həftə sonu baş verən hücumlar kimi zərbələrdən qorumağa çalışır.