Harrisin seçki kampaniyası üçün 1 milyard dollar toplayıb

10-10-2024, 12:39           
Harrisin seçki kampaniyası üçün 1 milyard dollar toplayıb
Harris gündə 25 milyon dollar toplaya bilib və təxminən bir ay ərzində maliyyə 500 milyon dollara çatıb

ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisin seçki kampaniyası və ona bağlı siyasi dəstək komitələri 1 milyard dollar toplayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters”ə Harrisin seçki kampaniyasının gedişi ilə tanış olan mənbə məlumat verib.

Bildirilir ki, Harris iyulun 21-də ABŞ prezidentliyi uğrunda yarışda Prezident Co Baydeni əvəz etdikdən sonra maliyyə onun kampaniya kassasına, əlaqəli siyasi fəaliyyət komitələrinə və Demokratlar Partiyasına görünməmiş sürətlə daxil olub. Harris gündə 25 milyon dollar toplaya bilib və təxminən bir ay ərzində maliyyə 500 milyon dollara çatıb.

Respublikaçılar Partiyasının namizədi, keçmiş Prezident Donald Tramp və Respublikaçılar Partiyası avqust ayında 130 milyon dollar toplayıb və yayın sonunda 295 milyon dollar nağd pula sahib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru