Almaniyada partiya sədrinin babası faşist imiş

3-11-2024, 11:27           
Almaniyada partiya sədrinin babası faşist imiş
Sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Veydelin babası Hans Vaydel SS (hərbiləşdirilmiş faşist polisi) bölməsində xidmət edib, eyni zamanda İkinci Dünya Müharibəsi zamanı hakim vəzifəsində çalışıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti arxiv sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, baba Vaydel SS-ə 1933-cü ilin yanvarında qoşulub.

Qəzet yazır ki, 1941-ci ilin martında Vaydel "hərbi hakim kimi təhsil almaq" üçün Varşavaya gedib. Dörd ay sonra o, Varşava hərbi komendantlığının məhkəməsində hakim kimi çalışıb.

Qəzet bildirir ki, bununla belə, Vaydeli dəlil çatışmazlığı səbəbindən məsuliyyətə cəlb etmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.