Moldovada prezident seçkisinin ikinci turu başlayıb

3-11-2024, 12:25           
Moldovada prezident seçkisinin ikinci turu başlayıb
Bazar günü Moldovada prezident seçkisinin ikinci turu keçirilir.

Prezidentlik uğrunda PAS (Hərəkət və Həmrəylik) partiyasının dəstəklədiyi hazırkı prezident Maya Sandu və müxalifətdə olan Sosialist Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi irəli sürülmüş keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparır.

Oktyabrın 20-də keçirilən səsvermənin birinci turunda Sandu 42,49% (656 852 seçici), Stoyanoqlo isə 25,95% səs (401 215 seçici) toplayıb.

Səsvermənin birinci turunda seçkidə 1 milyon 562 min 705 seçici iştirak edib ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 51,68 faizini təşkil edir. Birinci turda prezidentliyə 11 namizəd mübarizə aparıb, onlardan dördü səslərin bir faizindən azını toplayıb.

Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, bu gün səsvermə üçün 2219 seçki məntəqəsi açıq olacaq.
İnterfaks












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.