Daha bir ölkədən Rusiyaya zərbə: raket hücumuna dəstək verilir
Bu gün, 12:58
Kanada ABŞ Prezidenti Co Baydenin Ukraynaya Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək qərarını dəstəkləyir.
TEREF bildirir ki, Globalinfo.az CBC kanalına istinadən xəbər verir. Ölkənin müdafiə naziri Bill Bler bildirib.
“Kanada Birləşmiş Ştatların Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi verdiyini dəstəkləyir”, – Bler deyib.
Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrell bildirib ki, bəzi Aİ ölkələri də öz silahlarından Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyə icazə veriblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu gün bildirib ki, yenilənmiş nüvə doktrinası Ukraynanın Rusiyaya qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi halında nüvə reaksiyasının mümkünlüyünü nəzərdə tutur. Daha əvvəl o qeyd edib ki, Qərb ölkələrinin qəbul etdiyi qərar gərginliyin yeni raundu deməkdir.
Xatırladaq ki, noyabrın 17-də “The New York Times” ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün amerikalıların tədarük etdiyi uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verildiyini yazıb. Noyabrın 19-da ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols bu məlumatı təsdiqləyib.