Suriya ordusu geri çəkildi - Müxaliflər Həma şəhərinə daxil oldu

6-12-2024, 00:04           
Suriya ordusu geri çəkildi - Müxaliflər Həma şəhərinə daxil oldu
Suriyada müxalif silahlı qüvvələr ölkənin daha bir iri şəhəri olan Həmanı da nəzarətə götürüblər.

CNN-in məlumata görə, Bəşər Əsədin ordusu Həmadan geri çəkildiyini elan edib.

Ordu "mülki əhalinin həyatını xilas etmək və şəhər döyüşlərinin qarşısını almaq üçün" şəhərdən çəkildiyini bildirib.

Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriya Milli Ordusu (SMO) şəhərin şimal-şərqindəki əraziləri işğal etdiklərini, mərkəzi həbsxananı ələ keçirdiklərini və məhbusları azad etdiklərini bildiriblər.

Beləliklə, Hələbdən sonra ikinci böyük şəhər Suriya müxalifətinin nəzarətinə keçir və onlar üçün Homsa gedən yol açılır. Homsdan sonra isə paytaxt Dəməşq gəlir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.