AK rəhbəri Davosda dünyaya "sərt geostrateji rəqabət dövrü" vəd edib

Bu gün, 17:34           
AK rəhbəri Davosda dünyaya "sərt geostrateji rəqabət dövrü" vəd edib
Ursula fon der Lyayen bildirib ki, dünyanın ən böyük iqtisadiyyatları xammala, yeni texnologiyalara və qlobal ticarət yollarına çıxış əldə etmək üçün yarışırlar.
Dünya "şiddətli geostrateji rəqabət" dövrünə qədəm qoyub, lakin "qlobal iqtisadiyyatda əlaqələri kəsmək heç kimin marağında deyil".
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
"Biz gərgin geostrateji rəqabətin yeni dövrünə qədəm qoyduq. Dünyanın ən böyük iqtisadiyyatları xammala, yeni texnologiyalara və qlobal ticarət yollarına çıxış əldə etmək üçün yarışırlar. Yarış süni intellektdən təmiz texnologiyaya, kvant texnologiyalarından kosmosa, Arktikadan Cənubi Çin dənizinə qədər davam edir. Bu rəqabət gücləndikcə, ehtimal ki, iqtisadi və milli təhlükəsizliyi qorumaq üçün nəzərdə tutulmuş sanksiyalar, ixrac nəzarəti və tariflər kimi iqtisadi alətlərin tez-tez istifadəsini müşahidəyə davam edəcəyik. Ancaq təhlükəsizliyimizin qorunmasını yenilik və rifahımızı artırmaq imkanımızla balanslaşdırmaq vacibdir. Çünki dünya iqtisadiyyatında əlaqələri kəsmək heç kimin maraqlarına uyğun deyil. Bunun əvəzinə biz vətəndaşlarımız üçün qarşılıqlı fayda əldə etmək qabiliyyətimizi qorumaqdan ötrü qaydaları modernləşdirməliyik" - AK rəhbəri bildirib.
Bundan əvvəl Lyej məhkəməsinin fon der Lyayenin ittihamlara qarşı toxunulmazlığını nəzərdən keçirəcəyi barədə məlumat verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.