İran, Çin və Rusiya arasında Pekində kritik görüş

13-03-2025, 10:18           
İran, Çin və Rusiya arasında Pekində kritik görüş
İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş keçiriləcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verilib.

Onun sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlər, eləcə də BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib.

Onun sözlərinə görə, görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranı isə nazir müavini Kazım Qaribabadi təmsil edəcək. \\Axar.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru