Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

26-03-2025, 12:14           
Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun
Yüksək ixtisasa malik əcnəbi mütəxəssislər rus dili, Rusiya tarixi və qanunvericiliyin əsasları fənlərindən imtahan verməkdən azaddırlar.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin materiallarında qeyd olunub.

Məlumata görə, belə işçilərin bir sıra üstünlükləri var: onlar ailə üzvlərini özləri ilə Rusiyaya gətirə, həm özləri, həm də yaxın qohumları üçün sadələşdirilmiş qaydada yaşayış icazəsi ala bilərlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aydınlaşdırıblar ki, belə mütəxəssislərə iş vizası iş icazəsi müddətinə verilir, lakin üç ildən çox olmayaraq. Öz növbəsində, işəgötürənin belə xarici işçiləri cəlb etmək və istifadə etmək üçün icazə almasına ehtiyac yoxdur. / Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru