Fransa kanalı Ermənistanı xəritədən sildi - Foto

26-03-2025, 08:38           
Fransa kanalı Ermənistanı xəritədən sildi - Foto
Fransanın “Arte France” telekanalının “28 dəqiqə” verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.

Hurriyyet.Az Axar.Az-a istinadla xəbər verir ki, bu barədə “Le Figaro” nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb.

“Mən qətiyyən inanmıram ki, bu, “Arte France”da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu...” – Buisson yazıb.

Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni “günahkar” çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru