"Şimali Koreya yenidən nüvə sınağı keçirə bilər" - ABŞ kəşfiyyatı

26-03-2025, 11:18           
"Şimali Koreya yenidən nüvə sınağı keçirə bilər" - ABŞ kəşfiyyatı
Koreya Xalq Demokratik Respublikası qısa müddət ərzində yenidən nüvə sınağı keçirə bilər.

“Report” xəbər verir ki, bu fikirləri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.

O, Senatın Kəşfiyyat Komitəsinin dinləmələrində vurğulayıb: “Şimali Koreya çox güman ki, qısa müddətdə növbəti nüvə sınağı keçirməyə hazırdır və gələcək danışıqlarda artan təsir imkanlarını nümayiş etdirmək üçün qitələrarası ballistik raketləri sınaqdan keçirməyə davam edəcək”.

Cənubi Koreya hakimiyyəti son aylarda dəfələrlə bəyan edib ki, KXDR yeddinci nüvə sınağını keçirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru