Argentina nasistlərin sənədlərini açıqlayacaq

26-03-2025, 12:50           
Argentina nasistlərin sənədlərini açıqlayacaq
Argentina Prezidenti Xavyer Miley bütün dövlət qurumlarının arxivlərini açmaq əmri verərək, İkinci Dünya müharibəsindən sonra ölkədə sığınacaq tapmış nasist cinayətkarları haqqında bütün məlumatları açıqlamağa hazırlaşır.

Oxu.Az "El Comercio"ya istinadən xəbər verir ki, bunu Argentina Nazirlər Kabinetinin rəhbəri Quilyermo Francos bildirib.

Francos qeyd edib ki, ən vacib sənədlər Müdafiə Nazirliyindədir və bu məlumatları gizlətmək üçün heç bir səbəb yoxdur.

Məlumata görə, Argentinada təxminən 10.000 nasist və onların tərəfdarları gizlənib, o cümlədən də Holokostun əsas təşkilatçılarından olan Adolf Eyhman. Həmçinin insanlar üzərində təcrübələr aparan Auşvitzin məşhur həkimi Yozef Mengele də burada gizlənib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.