Gürcüstanda Saakaşvilinin partiyası seçkilərdə iştirak edə bilməyəcək

28-03-2025, 11:24           
Gürcüstanda Saakaşvilinin partiyası seçkilərdə iştirak edə bilməyəcək
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.

"İndiki mərhələdə aydındır ki, komissiyasının rəyi bu partiyaların konstitusiyaya zidd elan edilməsi üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək", - Mdinaradze bildirib.

Beləliklə, "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar nəinki yerli özünüidarə orqanlarına seçkilərdə, heç bir başqa seçkidə iştirak edə bilməyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru