Kaşivara-san Abel mükafatını alan ilk yapon riyaziyyatçısıdır

31-03-2025, 16:44           
Kaşivara-san Abel mükafatını alan ilk yapon riyaziyyatçısıdır
Norveç Elm və Ədəbiyyat Akademiyası 2025-ci il Abel Mükafatına professor Masaki Kaşivaranı (Masaki Kashiwara) layiq gördü.
Kaşivara-san Abel mükafatını alan ilk yapon riyaziyyatçısıdır.
Riyaziyyat üzrə ən yüksək mükafatlardan biri sayılan bu mükafatın yeni laureatının 78 yaşı var. Abel mükafatı Kaşivaranın cəbri analizdəki fundamental töhvələrinə verilən qiymətdir. Elmin zirvəsinə gənc yaşda yüksəldiyinə görə yapon alimini norveçli riyaziyyatçı Niels Abel (1802-1829) ilə müqayisə edirlər.
Mükafatlandırma mərasimi 20 may 2025-də Osloda keçiriləcək. Mükafat 2001-də Norveç hökuməti tərəfindən təsis edilib və pul ifadəsində 7,5 milyon Norveç kronu (710 min ABŞ dolları) təşkil edir.
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru