İngiltərə son on ayda 24 mindən çox miqrantı ölkədən çıxarıb
Dünən, 00:04

İngiltərə Baş naziri Keir Starmer hakimiyyətə gəldiyi 2024-cü ilin iyul ayından bəri 24 mindən çox qeyri-qanuni miqrantı ölkədən çıxarıldığını açıqlayıb.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Starmer bu barədə 40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi, İngiltərədə keçirilən və təşkil edilmiş miqrasiya cinayətlərinə qarşı birgə həll yollarının müzakirə ediləcəyi beynəlxalq toplantının açılışında danışıb.
İnsan alverçilərinin qurumlara, cəmiyyətlərarası əlaqələrə və siyasətə zərbə vurduğunu ifadə edən Starmer, miqrasiya cinayətlərinin qarşısını almaq üçün beynəlxalq səyləri artırmağın vacib olduğunu vurğulayıb.
Starmer, qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizənin terrorizmə qarşı mübarizə kimi həyata keçirilməli olduğunu bildirib.
Əvvəlki hökumətin qeyri-qanuni miqrantları Ruandaya deportasiya etmək üçün 700 milyon funt sterlinq sərf etdiyini, lakin ümumilikdə yalnız 4 könüllüdən başqa heç kimin həmin ölkəyə getmədiyini qeyd edib. Starmer: "Əgər bu plan yaxşı şəkildə tətbiq olunsaydı, ildə 300 nəfərin sərhəddən kənar edilə biləcəyini söyləyirdilər. Biz hakimiyyətə gəldiyimizdən bəri (2024-cü ilin iyul ayından) burada olmağa layiq olmayan 24 mindən çox insanı ölkə ərazinindən çıxarmağa nail olmuşuq", - deyə bildirib.
İnsan ticarəti ilə məşğul olanların tanınması üçün istifadə etdiyi 18 min sosial media hesabını bağladıqlarını bildirən Starmer, yalnız 2024-cü ilin iyul-dekabr dövründə 10 min hesabın bağlandığını qeyd edib.
Qadir, Bizimyol.info