Fransa məhkəməsi və Mari Le Pen
Dünən, 07:54

Fransa məhkəməsi Milli Cəbhə Partiyasının lideri Marin Le Peni Avropa İttifaqı fondlarının mənimsənilməsində təqsirli bilib və onu beş il müddətinə dövlət vəzifələrindən məhrum edib. Bu qərar onun 2027-ci il prezident seçkilərində iştirakını qeyri-mümkün edir. Le Pen dörd il həbs cəzasına məhkum edilib, bunun iki ili şərti olmaqla, iki ili isə elektron nəzarət altında ev dustaqlığı şəklində icra olunacaq. 
Le Pen və partiyası, Avropa Parlamentində köməkçilər üçün nəzərdə tutulmuş 4,4 milyon avro məbləğində vəsaiti partiya işçilərinin maaşlarını ödəmək üçün istifadə etməkdə ittiham olunurlar.
Le Pen qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Bu hadisə Fransanın siyasi səhnəsində mühüm dəyişikliklərə səbəb ola bilər. Bəzi tənqidçilər bu qərarı demokratiyaya qarşı bir addım kimi qiymətləndirirlər. Lakin Fransada hüququn aliliyi və qanunun hamı üçün eyni şəkildə tətbiq olunması prinsipi əsas götürülür.
Bu səbəbdən, məhkəmənin qərarı hüquqi prosedurların nəticəsi kimi qəbul edilməlidir.
Sarvan Səmədoğlu