BƏƏ-də ravvinin qətlində təqsirli bilinən üç nəfər ölüm cəzasına məhkum edildi

1-04-2025, 11:47           
BƏƏ-də ravvinin qətlində təqsirli bilinən üç nəfər ölüm cəzasına məhkum edildi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Əbu-Dabi məhkəməsi israilli ravvin Tsvi Koqanın qətlində təqsirli bilinən üç nəfəri edam cəzasına məhkum edib.

Bu barədə Associated Press (AP) məlumat yayıb.

İş üzrə digər təqsirləndirilən şəxs isə qətlə köməklik etdiyi üçün ömürlük həbs cəzası alıb.

BƏƏ ədliyyə orqanları mühakimə olunanların adlarını açıqlamayıb. Lakin AP-nin qeyd etdiyi kimi, ötən ilin sonunda qətli törətməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşı Türkiyədən ekstradisiya edilib.

Xatırladaq ki, keçən ilin noyabrında Dubayda 28 yaşlı koşer ərzaq mağazasının sahibi Tsvi Koqanın itkin düşdüyü və daha sonra ölü tapıldığı bildirilmişdi. Koqanın cənazəsi İsrailə aparılıb və orada dəfn edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru