Səudiyyə Ərəbistanından sərt addım: Həcc üçün icazə almayanlar cəzalandırılacaqlar

29-04-2025, 12:37           
Səudiyyə Ərəbistanından sərt addım: Həcc üçün icazə almayanlar cəzalandırılacaqlar
Həcc ziyarəti üçün icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə daxil olmağa çalışanlar 20 min riala (5 min 300 dollara yaxın) qədər cərimələnəcək.

"TRT Haber" telekanalı xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Bildirilir ki, yeni qaydalar aprelin 30-dan qüvvəyə minəcək və 44 gün davam edəcək.

Bundan başqa, icazəsiz həccə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişləri qadağan ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru