Tramp Çinə qarşı tətbiq etdiyi tarifləri azaldacaq?

Dünən, 16:14           
Tramp Çinə qarşı tətbiq etdiyi tarifləri azaldacaq?
"ABŞ Prezidenti Donald Tramp Çin üçün tarif dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil, Pekin güzəştə getməlidir".

TASS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt brifinqdə deyib.

"Prezident Çinə tətbiq olunan tarifləri birtərəfli qaydada aşağı salmaq niyyətində olmadığına dair mövqeyini saxlamaqda davam edir. Biz onların güzəştə getdiyini görməliyik", - Levitt Trampın Çinə idxal rüsumlarının 80%-ə endirilməsinin mümkün olduğu barədə "Truth Social" sosial şəbəkəsindəki paylaşımını şərh edərkən bildirib.

Qeyd edək ki, ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi ümumi tariflər hazırda 145%-ə çatır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.