Yaponiyada dəstə üzvləri özbək miqrantları yapon kimi təqdim edərək qanunsuz gəlir əldə ediblər
Bu gün, 00:01
Tokioda yaponlardan ibarət bir dəstə özbək vətəndaşlarını yapon kimi təqdim edərək onları kuryer işinə düzəldib və qazancı özlərinə götürüblər.
32gun.az xəbər verir ki, bu barədə Yaponiyanın "The Mainichi" nəşrinin yazıb
Məlumata görə, Tokio Polis İdarəsinin məlumatına görə, dörd nəfər saxlanılıb. Onlar əcnəbi işçilərdən istifadə etməklə genişmiqyaslı dələduzluq sxemi təşkil etməkdə ittiham olunurlar.
Araşdırmalara əsasən, şübhəlilər 150-dən çox Özbəkistan və Vyetnam vətəndaşını – əsasən də qısamüddətli vizaya malik, rəsmi işləmək icazəsi olmayan şəxsləri – qida çatdırılma xidməti üçün kuryer kimi işə götürüblər. Onların qazancından isə komissiya adı ilə müəyyən məbləğ tutulub.
Bu sxem vasitəsilə dəstə üzvləri 2022-ci ildən bəri təxminən 400 min dollar qanunsuz gəlir əldə ediblər. Fırıldaqçılıq faktı, kuryerlərdən birinin skuter ilə sifariş çatdırarkən qəza törətməsi nəticəsində üzə çıxıb. Hadisəni araşdıran polis əməkdaşları müəyyən ediblər ki, həmin şəxs çatdırılma tətbiqində başqa bir yapon vətəndaşının adı ilə qeydiyyatdan keçibmiş.
Polisin məlumatına görə, saxlanılan dörd nəfər də törətdikləri qanunsuz əməlləri etiraf ediblər. İstintaq davam etdirilir.