Avropa Komissiyası ətraf mühit fəallarına lobbiçilik üçün pul ödəyib

8-06-2025, 12:47           
Avropa Komissiyası ətraf mühit fəallarına lobbiçilik üçün pul ödəyib
Avropa Komissiyası (AK) kömür enerjisinə qarşı məhkəmə çəkişmələrində, eləcə də ticarət müqavilələrinə qarşı siyasi kampaniyalarda iştirak edən ətraf mühit təşkilatlarına çoxmilyonluq subsidiyalar ayırıb.

Bu barədə məxfi sənədləri əldə edən "Welt am Sonntag" nəşri məlumat yayıb.

AK bunu ictimaiyyəti Avropa İttifaqının (Aİ) iqlim siyasətinin düzgünlüyünə inandırmaq üçün edib.

Bildirilir ki, Britaniyanın "ClientEarth" təşkilatı Almaniyanın kömür elektrik stansiyalarına qarşı məhkəmə iddiası təşkil etdiyi üçün 350 min avro alıb. Həmçinin alıcılar arasında xidmətlərinə görə 700 min avroya qədər pul alan bir sıra qeyri-hökumət təşkilatları da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru