Çin bəzi nadir torpaq metallarının ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Kommersiya Nazirliyi məlumat yayıb.
Qərarın verilməsinə səbəb dünyada, xüsusilə robot texnologiyaları və elektrik avtomobillərinə artan tələbat göstərilir. İxracı asanlaşdırılan metalların konkret siyahısı açıqlanmayıb.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Çin lideri Si Cinpin nadir torpaq minerallarının ABŞ-yə ixracına razılıq verib.
Xatırladaq ki, Pekin 2025-ci ilin əvvəlindən bismut, molibden, tellur və digər mühüm metalların ixracına məhdudiyyətlər tətbiq etmişdi. Bu addım ölkənin milli təhlükəsizliyi və beynəlxalq öhdəlikləri ilə əlaqələndirilirdi.
Eyni zamanda məlum olub ki, iyunun 8-dən 13-dək Çin Baş nazirinin müavini Hı Lifenin rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Çin-ABŞ iqtisadi danışıqlarında iştirak edəcək.