Çin Pakistana qırıcılar VERƏCƏK

9-06-2025, 12:34           
Çin Pakistana qırıcılar VERƏCƏK
Çin özünün "Shenyang J-35A" beşinci nəsil "görünməz" qırıcısının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil verilməsini başa çatdırır.
Bu barədə Ajans.az "Army Recognition Group" nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, bu, Hindistan Hərbi Hava Qüvvələri üçün potensial ciddi təhlükə yaradır, çünki sözügedən qırıcı strateji hava balansını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.

Məlumata görə, Pakistan bu qırıcılardan hətta məhdud sayda əldə etdikdən sonra onun hava doktrinası dərinlərə zərbələrin endirilməsi imkanlarına qədər kəskin surətdə dəyişə bilər.

Belə ki, "J-35A" Çinin 40 kilometrədək məsafədə olan hədəfi vurmaq qabiliyyətinə malik ən son nəsil "hava-hava" raketlərinə uyğun gəlir.

Eyni zamanda, Hindistan əsasən "Su-30MKI", "Mirage 2000", "MiG-29UPG" kimi dördüncü nəsil təyyarələri istifadə edir, yalnız Fransanın "Rafale F3R" qırıcısı "J-35"ə bərabər cavab verə bilər, lakin o, bir sıra parametrlərə görə geri qalır və "görünməzlik" imkanlarına malik deyil.

Pakistanın nə qədər "J-35" alacağı hələlik bəlli deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru