Suriyada qadınlara qoyulan yeni qadağa hiddət doğurdu

12-06-2025, 10:44           
Suriyada qadınlara qoyulan yeni qadağa hiddət doğurdu
Suriya Müvəqqəti Hökuməti qadınların burkini kimi tam bədənli çimərlik paltarı geyinmədən ictimai çimərliklərdən və hovuzlardan istifadəsini qadağan edib.

Demokrat.az xəbər verir ki, Turizm Nazirliyinin bu həftə dərc etdiyi qərar dekabrda Bəşər Əsədin devrilməsindən sonra qadınların geyiminə dair ilk rəsmi tənzimləmədir.

Qərarda qeyd olunur ki, özəl klublarda və lüks otellərdə isə qərb üslublu çimərlik geyimlərinə icazə verilir.

Əsəd hakimiyyəti dövründə belə tətbiq olunmayan bu qayda ölkədə hiddətə səbəb olub.

Hökumətin rəhbəri Əl-Şaraa şəriətin tətbiq edilib-edilməyəcəyi ilə bağlı suallardan yayınaraq, qərarın ekspertlərə həvalə edilməli olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru